Pentaqon NUO-larla bağlı 3 video yayımlayıb –VİDEO

Ötən gün Pentaqonun rəsmi internet səhifəsində Naməlum Uçan Obyektlərlə (NUO) bağlı videolar yerləşdirilib.

RİA Novosti  xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən qeydə alınmış üç gizli videolardan biri 2004-cü ilin noyabrında, digəri isə 2015-ci ilin yanvarında çəkilib.

2007 və 2017-ci illərdə hər 3 video Pentaqonun icazəsi olmadan internetə sızdırılıb. Müdafiə Nazirliyi NUO-larla bağlı bu videoları ictimaiyyətə verilən hər hansı yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə yaydığı bildirilib.

Pentaqon videolarda müşahidə olunan obyektləri hələ də “naməlum” kimi xarakterizə etdiklərini açıqlayıb.

Sözügedən hava obyektlərinin Yer planetinə məxsus heç bir təyyarəyə, yaxud da helikopterə bənzəmədiyi vurğulanıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycanda koronavirusla bağlı test edilənlərin sayı açıqlanıb

Sonrakı məqalə

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il keçir