Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Bu gün Azərbaycanla Ermənistan arasında sülh üçün şans var

User 27 Aprel 2023 - 14:22 (Last updated: 21 May 2025 - 20:15)
644a4dd345409644a4dd34540a16825911878774ca4769b57f78feff92886e4c4993

Bu gün Azərbaycan və Ermənistan arasında sülh üçün şans var.

Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, Azərbaycanın Sovet İttifaqının süqutundan sonra ağır dönəm keçirdiyini xatırladıb.

“Azərbaycan müharibədə çoxsaylı qurbanlar verib, nə qədər insan öz yurdlarından qaçqın və məcburi köçkün olub. Biz sizin əzablarınıza laqeyd deyilik. Biz minalardan təmizləməyə dəstək veririk, bu məsələnin həlli insanların həyatını xilas etmək deməkdir. Azərbaycana minalardan təmizləmə ilə bağlı yardım etmişik. İtkin düşənlərlə bağlı demək istəyirəm ki, onların ailələri əzab çəkib. Minaların qurbanları olub”, – Kolonna deyib.

O, Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladıb və əlavə edib ki, Fransa bunu alqışlayıb.

“Biz beynəlxalq ictimaiyyətə çağırış etmişik ki, toqquşmalar olmasın. Münaqişə dinc yolla həll olmalıdır və bu davamlı sabit sülhə aparan yoldur. Bu xalqların bu gün sülh üçün şans var. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərdi və Fransa bunu alqışladı. Bu eyni zamanda çətin yoldur, sülhə gedən yol səbr, təmkin və birgə iş və planlar tələb edir. Praqa görüşündə razılaşdırılma oldu, təmaslar oldu və bu vacib idi. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır və hər şeyin əsasında bu dayanır. Biz geri qayıtmamlı, irəliləməliyik. Bu çətin yolla irəliləmək lazımdır ki sülh sazişi imzalansın. Fransa vasitəçilik səylərini alqışlayır və Fransa bunu təşviq edəcək. Sülhə doğru irəliləmə o deməkdir ki, gücdən istifadə olunması, ritorikadan əl çəkilsin. Biz istəyirik ki, danışıqlar mahiyyətcə məhsuldar olsun. Biz Azərbaycan tərəfdən birtərəfli qaydada qurulan keçid məntəqəsini pisləyirik, bunu bəyan etmişik. Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yerinə yetirilməlidir. Bütün bu addımlar etimad yaradacaq”, – o deyib.

Post navigation

Previous: “NATO Ukraynaya vəd etdiyi hərbi yardımın 98 faizini təqdim edib”
Next: Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmır

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Bu barədə “24 TV” məlumat...
Read more about Ərdoğan Zelenskini qəbul edib
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.