Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmır- Prezident

2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbulu zamanı deyib.

Bu xüsusda dövlət başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirib.

Əvvəlki məqalə

Bu gün Azərbaycanla Ermənistan arasında sülh üçün şans var

Sonrakı məqalə

“Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir”