Bu gün futbol üzrə dünya çempionatı başlayır

Bu gün futbol üzrə DÇ-2026-ya start veriləcək.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyunu Meksikada keçiriləcək.

 

Turnirin ilk qarşılaşmasında ev sahibi Meksika A qrupunda Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.

“Asteka” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

DÇ-2026
A qrupu
11 iyun
23:00. Meksika – Cənubi Afrika Respublikası

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.