Bu gün məktəblərdə “Son zəng” keçiriləcək

14 İyun 2021 - 08:21

Bu gün ölkənin ümumtəhsil məktəblərində “Son zəng” keçiriləcək.

Bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib və “Son zəng”in keçirilməsinə razılıq verilib.

“Son zəng” tədbirlərinin müəyyən şərtlərlə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən məktəblərdə “Son zəng” keçirilməmişdi.