Bu gündən sentyabrın 7-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də sentyabrın 15-dək dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Navalnının təyyarədə yanında olan butulkada zəhər izləri tapılıb

Sonrakı məqalə

Tramp Navalnının zəhərlənməsindən danışdı: