Bu gündən Bakı metropoliteni fəaliyyətini bərpa edir

Bu gündən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilib. AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə – Uels (saat 20:00), 20 iyunda Türkiyə – İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək. Uels – İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə – İsveçrə oyununun keçiriləcəyi 20 iyun bazar günlərinə təsadüf edir. Başqa sözlə, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmayıb. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edir və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə – İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edilir

Sonrakı məqalə

“Zəngilanda Ermənistan diversiya qrupunun ərazimizə keçmək cəhdi barədə məlumat yalandır”-