Bu gündən noyabrın 16-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək

Bu gündən noyabrın 16-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarında da 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dekabrın 1-dək dayandırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir