Bu il 26 uşaq övladlığa verilib

“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə ilə bağlı 2020-ci ildə 157 müraciət, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.

Bu barədə Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə isə Agentlik tərəfindən 26 uşaq övladlığa verilib. Onlardan 16-sı oğlan, 10-u qızdır. Övladlığa verilmiş uşaqlardan 7-si ögey ata (ana) tərəfindən, 10-u isə qohumları tərəfindən övladlığa götürülüb. Bu il əcnəbilər tərəfindən övladlığagötürmə halı olmayıb.

Qeyd edək ki, övladlığaverilmiş uşaqların 17 nəfəri 0-3 yaş, 4 nəfəri 4-11 yaş, 5 nəfəri isə 12-18 yaş arasındadır. Övladlığa uşaq götürmüş şəxslərdən 23-ü ailəli, 3 nəfəri isə subaydır. Eyni zamanda, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda yolu bağlayan sürücülər inzibati qaydada həbs olunub

Sonrakı məqalə

Kremldə Putin-Lukaşenko danışıqları başa çatıb –