“Bu il 7 min məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınacaq”- Rövşən Rzayev

“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı və Sumqayıt şəhərləri ilə paralel bölgələrdə də yeni qəsəbələr inşa olunacaq”.

APA-nın yerli bürosu məlumat verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayev Beyləqana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında özəl sektorun böyük köməkliyi var.

Komitə sədri deyib ki, ilin sonuna qədər 7000 ailəlik “Qobu-3” yaşayış kompleksi tikiləcək: “Bu istiqamətdə fəaliyyətimiz başlayıb. Artıq Bakı və Sumqayıt şəhərində tikinti işləri gedir. İnanıram ki, qarşımıza qoyulan tapşırıqlar ilin sonunadək yerinə yetiriləcək”.

R.Rzayevin sözlərinə görə, bölgələrdə isə bu il Samux rayonunda məcburi köçkünlər üçün qəsəbə inşa olunacaq: “Sonra isə növbəti rayonlarda qəsəbələr salınacaq. Bunlar ardıcıl olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunacaq, verilən tapşırıqlar əsasında işimizi quracağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa görə Yaponiya imperatorunun çıxışı təxirə salındı

Sonrakı məqalə

Vilayət Eyvazov mayoru rəis təyin etdi