2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,4% və ya 110.8 milyon ABŞ dolları çoxdur.
Təkcə noyabr ayında isə Azərbaycan 20,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,2% və ya 2.6 milyon ABŞ dolları azdır.