Bu il Azərbaycanda 544 nəfər ad, ata adı və soyadını dəyişdirib

13 Aprel 2020 - 14:13

Bu il Azərbaycanda ad, soyad, soyad sonluğu və ata adının dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb.