Bu il fermerlərə nə qədər güzəştli kredit verilib?-RƏQƏMLƏR

2024-cü ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 2865 fiziki və hüquqi şəxsə 53.5 milyon manat məbləğində güzəştli kredit verilib.

Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Bülletenində açıqlanıb.

Bunun 41.8 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 630 min manatı güzəştli kreditlər, 10.8 milyon manatı isə mikrokreditlərdir.

2024-cü ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4080 baş iribuynuzlu damazlıq heyvanın alışına 13.7 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 63.7 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.