Bu il Türkiyəyə 1 milyondan çox rusiyalı turist gəlib- RƏSMİ

2023-cü ilin ilk 4 ayında Türkiyəyə 11 milyondan çox əcnəbi səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

“Yanvar-aprel aylarında Türkiyəyə gələn əcnəbilərin sayı 11 milyon 90 min 247 nəfərə çatıb”, – məlumatda deyilir.

Türkiyəyə ən çox əcnəbi Rusiyadan gəlib – 1 milyon 153 min 341 nəfər, bu da ötən illə müqayisədə 134,94 faiz çoxdur. Sonrakı yerdə Almaniya (966 min 336) və Bolqarıstan (797 min 956 nəfər) gəlir.

O da qeyd olunur ki, aprel ayında Türkiyəyə gələn əcnəbilərin sayı ötən illə müqayisədə 29,03 faiz artaraq 3 milyon 321 min 824 nəfərə çatıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.