Bu ilin 3 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kq 303,666 qrnarkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36.000 min AZN kimi qiymətləndirilir.
Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 539 kq 313,997 qr narkotik vasitə və psixotrop maddə, 690 ədəd metadon həbi çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 61-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 499 kq 605 qr narkotik vasitə və psixotrop maddə və 4,6 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 476 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 355 kq 087,2 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir(trend).