“Bu ilin yanvarında Suriyada Rusiya və Türkiyə hərbi mütəxəssisləri həlak olublar”- Rusiya XİN

Bu ilin yanvarında Suriyada Rusiya və Türkiyə hərbi mütəxəssisləri faciəli şəkildə həlak olublar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya və Türkiyə hərbçiləri İdlibdə növbəti dəfə sabitlik yaratmağa cəhd göstəriblər. Lakin terrorçular nəinki hərbi fəallığını azaltmayıb, əksinə, hücumların sayını artırıblar. Təkcə son iki həftə ərzində mindən çox hücum faktı qeydə alınıb, Rusiya və Türkiyə hərbi mütəxəssisləri faciəvi şəkildə həlak olublar.

XİN Rusiyanın Astana formatı çərçivəsində əldə olunmuş razılıqlara riayət etdiyini, Türkiyə və İran ilə sıx əlaqələndirməni davam etdirdiyini təsdiqləyib(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

PENSIYALARIN NƏ QƏDƏR ARTACAĞI MƏLUM OLDU

Sonrakı məqalə

“Cənnət Park”da güclü yanğın