Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək- Nazir AÇIQLADI

Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq müsahibə komissiyaları yaradılıb: “Müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formada aparılacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər”.

Nazir imtahanda bəzi müəllimlərin sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır: “Yəqin ki, müxtəlif səbəblər var. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyəcanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.