Bu ölkədə “Facebook” xəbər agentliklərinə pul ödəyəcək

Avstraliyada “Facebook” və “Google” xəbər agentliklərinə pul ödəməyə məcbur ediləcək.

“Report” xəbər verir ki, bu barədə ABC korporasiyası məlumat yayıb.

Belə ki, Avstraliyanın Rəqabət və istehlakçıların müdafiəsi məsələləri üzrə komissiyası yeni kodeks hazırlayıb.

Bu kodeksə görə, “Facebook”, “Google” və digər şirkətlər xəbər agentlikləri üçün müəyəyn məbləğdə vəsait ayırmalıdırlar. Buna səbəb həmin agentliklərin onların kontentindən istifadə etməsidir.

Kodeksin öncə könüllü xarakter daşıması nəzərdə tutulsa da, koronavirus pandemiyasının xəbər agentliklərinin gəlirlərinə mənfi təsir etməsi ölkə rəhbərliyini bunu məcburi etməyə vadar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsmayıllı sakini həmkəndlisinin avtomobilini atəşə tutub

Sonrakı məqalə

Yaponiya XİN başçısı: