Bu ölkədən Azərbaycana 409 manata at gətirilir

At
At

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda at satışından əldə olunan vəsait 25 min 420  ABŞ dolları (43 min 214 manat) olub. İxrac olunan bir baş atın orta qiyməti 206 dollar (350 manat) təşkil edib.

İxrac olunan atların 103-ü Qırğızıstana, 20-si Türkiyəyə satılıb.

Qırğızıstana satışdan 20 min 600 ABŞ dollar, Türkiyəyə satışdan 4 min 820 ABŞ dolları vəsait əldə olunub.

Qırğızıstana satılan atların bir başının orta gömrük dəyəri 200  dollar (340 manat), Türkiyəyə satılan atların bir başının orta gömrük dəyəri 241 dollar (409,7 manat) olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.