Bu qərar ikinci əl avtomobillərini bahalaşdıracaq –ŞƏRH

Qərar iki gündür açıqlansa da, artıq hibrid avtomobillərin sifarişləri azalıb.

Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.

Lakin ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, sözügedən qərar işlənmiş avtomobil bazarını canlandıracaq.

Eyyub Əliyev qeyd edib ki, bazarda gözlənilən canlanma daxiliyanma mühərrikli işlənmiş avtomobillərin qiymətinin də artımına səbəb olacaq.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədlinin sözlərinə görə, qərar yeni qüvvəyə minsə də, Amerikadan avtomobil sifarişlərinin sayı digər ölkələrlə müqayisədə artıb.

Mütəxəssislər bildiriblər ki, qərarın nəticəsi olaraq tam elektrikli və daxili yanma mühərrikli avtomobillərə yenidən marağın yaranacağı və qiymətlərinin artacağı proqnozlaşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.