"Bu səhər İlham Əliyev qardaşımla danışdım, zəfərə yaxınlaşırıq" - ƏRDOĞAN QARABAĞDAN DANIŞDI
“Suriyada, Liviyada biz var olduq, indi isə Azərbaycanda biz varıq. Bu səhər İlham Əliyev qardaşımla danışdım, hazırkı vəziyyətlə bağlı məlumatı birbaşa ondan aldım. Əlhəmdülillah, xoş hadisələrlə bağlı məlumatı özündən eşidincə lap sevindik. İnşallah, zəfərə yaxınlaşırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyanın tədbirində çıxışı zamanı bildirib.
“30 il işğal altındakı ərazilərdən ayrı qaldılar. Amma indi işğal altındakı torpaqlarına qovuşurlar. Ədalət və İnkişaf Partiyası və Tayyib Ərdoğanı kim niyə sevir və ya sevmir deyə baxsaq nəticə budur. Nə işin var sənin Liviyada, Azərbaycanda, Suriyada – bizi məhz bu səbəbdən sevmirlər. Bu zalımın qarşısında dayanacağıq. Bizi ümmət sevir, bizi məzlumlar sevər, bizə bu bəsdir”, - o qeyd edib.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...