Bu şəxslərin vergidən azad olunması təklif edilir

Sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Biz bu gün sosial haqlardan azad etdiyimiz insanların pensiya kapitalında azad olunan sosial məbləği konpensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, vergidən azad olmalar müsbətdir.

“Biz qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları gəlir vergisindən azad etmişik. Eyni zamanda, dövlət və neft sektorunda çalışanlar gəlir vergisinə cəlb olunub. Məsələn, həm dövlət, həm də qeyri-dövlət səhiyyə müəssisəsi var. Qeyri-dövlət səhiyyə müəssisəsi vergidən azaddır, amma dövlət səhiyyə müəssisəsi vergidən azad deyil.

Bu, müəssisələr arasındakı rəqabəti pozur. Dövlət sektorunda çalışan daha çox, qeyri-dövlətdə çalışan isə daha az vergi ödəyir. Bu, ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır. Ona görə də vergidən azadolmalara yenidən baxılması vacibdir. Vergidən azadolmalar mülkiyyət növündən asılı olmayaraq heç bir sektorda rəqabəti pozmalı deyil”, – deyə deputat əlavə edib(trend).

Əvvəlki məqalə

Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarından 66-sı çalışır, 43-ü iş axtarışındadır

Sonrakı məqalə

TikTok-da bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb