“Bu şəraitdə Ərdoğanla danışıqların aparılması mümkün deyil”- Bəşər ƏSƏD

“Türkiyə hərbçiləri Suriya ərazisində olduğu şəraitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların aparılması mümkün deyil”.

Azpost.info xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş Ankaranın irəli sürdüyü şərtlərlə baş tutmayacaq. Hazırkı vəziyyətdə Ərdoğanla danışıqlara girmək Suriyanın şimal bölgələrinin Türkiyə tərəfindən işğalının tanınması demək olacaq”, – Əsəd deyib.

Əsəd Türkiyəni 2011-ci ildə Suriyada başlayan münaqişədə terrorçu qrupları dəstəkləməkdə ittiham edib. Onun sözlərinə görə, Ankara quldur dəstələrinin mülki əhaliyə qarşı hərəkətlərinə görə məsuliyyət daşıyır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.