ABŞ Dövlət Departamenti Amerikada keçiriləcək idman yarışlarında iştirak etmək istəyən transgender xarici vətəndaşlara viza verilməməsinə dair qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, viza müraciətlərində cinsləri haqqında yanlış məlumat verənlərə ömürlük viza qadağası tətbiq ediləcək.
“Ərizəçilərin cinsiyyətlə bağlı yalan məlumat verməsi üzə çıxarsa, onlara həmişəlik ABŞ-yə səfər etmək qadağası qoyulsun”, – ABŞ dövlət katibi Marko Rubionun göstərişində deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp transgender idmançıların qadınlar arasında yarışlarda iştirakına qadağa qoyan fərman imzalayıb.
Əlavə olaraq oxuyun:
ABŞ vizasının fərqli səbəb və məqsədlərə uyğun bir çox növü vardır. Təməl olaraq isə bu vizalar iki növə ayrılır: miqrant və qeyri-miqrant vizaları. Miqrant vizaları ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyən şəxslərin baş vurduğu viza növləridir. Ailə birləşməsi, daimi işlə təmin olunma və s. kimi şərtlər altında şəxslər miqrant vizalarına müraciət edə bilərlər. Ən çox istifadə olunan və özündə turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan səbəb və məqsədləri özündə birləşdirən qeyri-immiqrant vizalarına hər kəs müraciət edə bilər.