Bu universitetdə yeni ixtisas yaradıldı

“2025-2026-cı tədris ili üçün ölkəmizdə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində data analitikası ixtisasının açılması planlaşdırılır“.

AzPost xəbər verir ki, bu barədə Baku TV-yə açıqlamasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib.

“Data analitikası müasir dövrün ən populyar və əmək bazarında ən tələb olunan ixtisaslarından biridir. Bu ixtisasın açılması ilə bağlı Bakı Ali Neft Məktəbi bir neçə ildir hazırlıq aparırdı. Partnyor universitetimizlə birlikdə artıq bu sahədə tədrisə başlamağa tam hazırıq”, – deyə rektor bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.