Bugünkü hərracda tələb 79 milyon dollar təşkil edib- Mərkəzi Bank
03 Oktyabr 2024 - 17:25
Dollar
Oktyabrın 3-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 79 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.