“Bunu heç bir vəkilimə deməmişəm”- Saakaşvili civə zəhərlənməsindən danışdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ictimaiyyəti onun ağır metallarla, o cümlədən civə ilə zəhərlənməsi ehtimalı barədə spekulyasiya etməməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat verib.

“Bildirmək istəyirəm ki, heç bir vəkilimə zəhərlənmə ilə bağlı şübhəm olduğunu deməmişəm. Bu mövzu ilə bağlı fərziyyələr yersizdir”, – Saakaşvili deyib.

O əlavə edib ki, səhhəti xüsusilə də son iki ayda həqiqətən pisləşib: “Bu məsələni həddindən artıq siyasiləşdirməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Saakaşviliyə civə zəhərlənməsi diaqnozu qoyulduğunu siyasətçinin anası Giuli Alasaniya da təsdiqləmişdi. Onun sözlərinə görə, civənin Saakaşvilinin orqanizminə necə daxil olduğu məlum deyil.

Alasaniya onu da bildirmişdi ki, civə zəhərlənməsi oğlunun dərhal azadlığa buraxılması üçün əsas olmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Partiyaların fəaliyyətinin dayandırılma müddəti 1 ildən 6 ayadək azaldılır

Sonrakı məqalə

Prezident “Yedinaya Rossiya”nın Ali Şurası Bürosunun üzvünü qəbul edib