“Burada məcburiyyət yoxdur” –Nazir məktəbli formalarından danışdı

Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil. “Biz yalnız həmin formaların nümunəvi tövsiyyə olan formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı şəhəri üzrə Təhsil idarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.