Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.
AzPost xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, həmin gün imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi.