“Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, hər şey bitib” –Ter-Petrosyan

“İkinci prezident Robert Koçaryanın Şuşa və Hadrutu qaytarmaqla bağlı bəyanatı təhlükəlidir. Bu bizim üçün problemlər yaradacaq”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda o ərazilərdə Azərbaycan ordusu durub: “Belə çıxır ki, Koçaryan yeni müharibə vəd edir. Azərbaycanı o torpaqlardan çıxarmağa kim məcbur edə bilər? Heç kim. Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Azərbaycan orada hakimliyini bərpa edib. Heç kim də buna görə, Bakını ittiham etməyib. Bu dünyanın qanunları belədir. Bizi məcbur edəcəklər ki, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması ilə razılaşaq. Bizdən artıq heç nə asılı deyil, hər şey bitib”.

Petrosyan azad edilmiş ərazinin daima əldə saxlanması barədə fikri absurd adlandırıb: “Bu məsələdə bizim müttəfiqlərimiz yoxdur, heç vaxt da olmayıb. İndi vəziyyət daha mürəkkəbdir. O zaman qarşılıqlı güzəştlər imkanları var idi. Biz bu imkanları artıq itirdik. Bizdə heç nə yoxdur. Ermənistan həlledici səsə malik deyil”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentləri Şuşada birgə nahar ediblər

Sonrakı məqalə

“Ermənistanla münasibətlərin normallaşması üçün üzərimizə düşəni edəcəyik” –