“Ermənistanla münasibətlərin normallaşması üçün üzərimizə düşəni edəcəyik” –ƏRDOĞAN

“Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında söyləyib.

“Qardaşım Əliyev ilə bir az əvvəl baş tutan görüşdə əlaqələrimizi bir daha ətraflı nəzərdən keçirmək fürsətimiz oldu. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını qarşıdakı aylarda Türkiyədə keçirəcəyik. Bildiyiniz kimi, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəlişi şəxsiyyət vəsiqəsi ilə başlatmışıq. Bu addım qarşılıqlı əlaqələrimizi asanlaşdıraraq bizi bir-birimizə daha da yaxınlaşdıracaq”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, son dövrdə ikitərəfli ticarətimizdə mühüm addımlar atılır. Preferensial Ticarət Sazişi 2021-ci il martın 1-də qüvvəyə minib. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, hər şey bitib” –

Sonrakı məqalə

“Biz İlham Əliyevlə və Türkiyə ilə razılaşmaya getməliyik” –