“Cənnət Park”da güclü yanğın

- Nazirliyin 4 işçisi xəstəxanalıq oldu
06 Fevral 2020 - 16:21

Abşeron rayonunun “Cənnət Park” yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları yanıb.

O deyib ki, nazirliyin yanğınsöndürənləri yanğına müdaxilə ediblər, mənzilin qalan hissəsi yanğından mühafizə olunub: “Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı 1 nəfər qadın tüstüdən zəhərlənib. O, təcili tibbi yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təxliyə edilib. Bu zaman süstündən FHN 4 əməkdaşının halı pisləşib. Həmin şəxslər də həkim nəzarətindən keçib, heç bir ciddi xəsarət almayıblar”.