“Prezident deputatları binadan çıxarmaq əmri vermişdi”- Koreya xüsusi təyinatlılarının komandiri

Cənubi Koreya prezidenti Yun Sok Yeol hərbi vəziyyətin ləğvi ilə bağlı səsverməni pozmaq üçün Milli Assambleya üzvlərinin parlament binasından çıxarılmasına göstəriş veribmiş.

Azpost.info xəbər verir ki, bu barədə ordunun xüsusi təyinatlı komandanlığının rəhbəri Kvak Çon Qın bildirib.

“Prezident özü mənə qapalı telefonla zəng etdi. O bildirdi ki, görünür, səsvermə üçün tələb olunan kvorum toplanmayıb. Və içəri girib deputatları oradan çıxarmağı əmr etdi”, – Qın deyib.

Dekabrın 3-dən 4-nə keçən gecə parlamentə gələn xüsusi təyinatlıların əsgərləri idi. Qın bildirib ki, o, tabeliyində olan işçi ilə əmri necə yerinə yetirəcəyini müzakirə edib, lakin əməliyyata cavabdeh olan komandir əlavə tədbirlərin görüləcəyini söyləyib.

“Ona görə də mən içəri keçməyi qadağan etdim, dayanmağı və sadəcə vəziyyəti müşahidə etməyi əmr etdim”, – o deyib.

Dekabrın 4-də parlamentin 300 üzvündən 190-ı hərbi vəziyyətin ləğvinin lehinə səs verə bilib. Kvak Qın əlavə edib ki, prezidentin əvəzinə müdafiə nazirinə hesabat verib.

O, hərbi vəziyyətin tətbiqi planlarından hələ dekabrın 1-də xəbərdar olduğunu da bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.