Cənubi Koreya prezidenti hərbi vəziyyəti ləğv edəcəyini bildirib

Cənubi Koreya prezidenti hərbi vəziyyəti ləğv edəcəyini bildirib.

Azpost.info bildirir ki, dövlət başçısı bu barədə hökumətin iclasında bəyan edib.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Yun Sok-Yel bu gün ölkədə hərbi vəziyyət elan edib. Dövlət başçısının sözlərinə görə, qərar “Şimali Koreya yönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün” qəbul edilib.

Bundan sonra ölkədə siyasi böhran yaranıb. Şəhərə ordu yeridilib. Siyasi partiyaların fəaliyyəti qadağan olunub. Müxalifət etiraz aksiyalarına başlayıb. Müxalifətçi çoxluq parlamentdə bu qərarın ləğv edilməsinə səs verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.