Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

İspaniya mətbuatı “Qarabağ”dan YAZDI

Orkhan Ali 27 Yanvar 2026 - 14:21 (Last updated: 27 Yanvar 2026 - 14:06)
1

Nüfuzlu ingilis idman nəşri “The Athletic” bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ” barədə geniş məqalə dərc edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, “Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan “Qarabağ” başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. “The Athletic” xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı “Enfild”də “Liverpul”a qarşı olacaq.

“Qarabağ” hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. “Qarabağ”ın doğma stadionu olan “İmarət” arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə “Qarabağ” ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb” – materialda deyilir.

Məqalədə “Qarabağ”ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, “Benfika”, “Kopenhagen” “Ayntraxt”a qalib gəldiyi, “Çelsi” ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan “Qarabağ”ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

“The Athletic” bildirib ki, “Qarabağ”ın doğma şəhəri Ağdamda hələlik oyun keçirməsi mümkün deyil: “Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur”.

Materialda vurğulanıb ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev “Qarabağ”ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

Sonda bildirilib ki, hazırda “Qarabağ” Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

AzPost.az

Post navigation

Previous: Bakıda film kimi cinayət: Lombarda qoyulan “iPhone”lar saxta çıxdı
Next: Tikinti materiallarının qiyməti artacaq

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etməyi ciddi şəkildə...
Read more about Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31
Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.