“Cəbrayıl tamamilə dağıdılıb” –Britaniyanın Azərbaycandakı səfiri heyrətlənib

“Bu, mənim Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgəyə ilk səfərimdir. Buranı görmək mənim üçün maraqlıdır. Kənardan baxdıqda bura  kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub”.

Bunu APA-ya açıqlamasında diplomatik korpus nümayəndələri ilə birgə Cəbrayıl rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

O qeyd edib ki, burada dağıntının miqyası böyükdür.

Səfir həmçinin Britaniya şirkətlərinin Azərbaycana işğaldan azad olunmuş ərazilərində aparılacaq quruculuq işlərinə cəlb olunmasından da danışıb: “Qarşıda görüləcək çox işlər var. Bu ərazilərin vəziyyəti öyrənilməli, minalardan təmizlənməlidir. Daha sonra işğaldan azad olunmuş ərazilər Britaniya şirkətləri burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Bakıda 16, bölgələrdə isə 18 dərəcə isti olacaq –

Sonrakı məqalə

Ərzaq məhsullarının saxlanması ilə bağlı tələbələr təsdiqləndi –