Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC – narahatlıq variantı kimi təyin edilib) adını verib.

Bu barədə təşkilatın saytında bildirilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda UST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistana verilib” –

Sonrakı məqalə

Bayden Putin və Zelenski ilə danışacağına söz verib