Cənubi Koreyanın müdafiə naziri intihara cəhd edib

Dünən həbs edilən Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq Hun saxlanıldığı Seulun şərqindəki təcridxanada intihara cəhd edib.

Azpost.info bildirir ki, sabiq nazir qiyam ittihamı ilə həbs edilib. Hazırda prezident Yun Sok-Yolun ölkədə tətbiq etdiyi hərbi vəziyyətlə bağlı qərarın təhqiqatı aparılır.

Uğursuz intihar cəhdindən sonra Kim xüsusi kameraya köçürülüb.

Kim Yonq Hun dekabrın 3-də hərbi vəziyyətin tətbiqi ilə bağlı pozuntuların araşdırlımasında adı keçən ilk şəxs olub.

Cənubi Koreya prokuroruğu  Ordunun Xüsusi Əməliyyatlar Komandanlığının qərargahında axtarış aparıb. Yonhap Xəbər Agentliyinin verdiyi məlumata görə, komandanlıq deputatların prezident Yun  Sok Yolun hərbi vəziyyətini ləğv etməsinə mane olmaq üçün dekabrın 3-də parlamentə qoşun yerləşdirilməsində mühüm rol oynayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.