Rusiya Federasiya Şurası çağırışçı yaşına çatmış rusların ölkədən çıxışına qadağa qoyulmasını təklif edib.
Azpost.info xəbər verir ki, bu təkliflə Federasiya Şurasının senatoru Sergey Tsekov çıxış edib.
Tsekov bildirib ki, çağırışçı yaşına çatmış hər kəsin xaricə səyahətinə qadağa qoyulmasını zəruri sayır.
O qeyd edib ki, yalnız tibbi səbəblərə görə, eləcə də hərbi xidmətə yararlı olmayanlara Rusiyanı tərk etmək icazəsi verilə bilər.
Azpost.info