“Camaat mənə sual verir ki, nə üçün Koçaryan və Sərkisyan həbsdə deyil?”.
AzPost bildirir ki, Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib.
Müxalifətçi “Respublika” blokundan olan deputat Anna Qriqoryanın ölkədə korrupsiya ilə bağlı sualına cavabına qəzəblənən Paşinyan rəqiblərini ittiham edib.
“İndiki parlament müxalifəti korrupsiyadan danışmalı olan qüvvə deyil”- deyə Baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı seçicilərə rüşvət təklif etməkdə ittiham edib.
Baş nazir qeyd edib ki, sabiq dövlət başçıları həmçinin insanları normal işləmək imkanından faktiki olaraq məhrum ediblər.
“Vətəndaşlarımızın işləməsinə mane olmaq üçün hər şeyi etdilər. Nə üçün? Ona görə ki, kasıb olsunlar və onlara möhtac qalsınlar. Seçkiləri də rüşvətlə udmaq istəyirdilər”- deyən hökumət başçısı parlamentdə təmsil olunan müxalifət qüvvələrinə işarə edib.
Paşinyan qeyd edib ki, rayonlara səfərləri zamanı insanlar ondan ən çox aktual problemlərlə bağlı deyil, keçmiş prezidentlərin taleyi ilə bağlı sual verirlər: “Məsələn, niyə Koçaryan və Sərksiyan hələ də dəmir barmaqlıqlar arxasında deyillər?”
Baş nazirin sözlərinə görə, insanlar ağır həyatlarından deyil, Köçəryan və Sarkisyanın həbs edilməməsindən şikayətlənirlər.
Paşinyan deyib ki, mətbautda hansısa korrupsiya iddiaları ilə qərar vermək olmaz.
“Ermənistanda mətbuat məhkəmə sistemini təmsil etmir. Ermənistan Respublikasında məhkəmə sistemi var. Əgər mətbuatda gedən yazıları izləsəydik, sizi asıb Ermənistandan qovmalıyıdıq. Mətbuatda haqqınızda nə yazırlar, niyə ümumiyyətlə azadlıqdasınız? Yazırlar ki, siz xarici casussunuz. Əgər media nəşrlərini rəhbər tutsam, sizi Milli Təhlükəsizlik Xidmətinin zirzəmilərinə atmalıyam. Birini də sən getməlisən və gedəcəksən.
Mətbuat sizin haqqınızda yazır ki, siz xarici agentsiniz, beşinci kolon, təsir agentlərisiniz. Yerində otur, səsini kəs. əsəblərimlə oynama…”, – Paşinyan qəzəblə deyib.
Bundan sonra zalda vəziyyət gərginləşib, hay-küy düşüb. Spiker canlı yayımı dayandırıb.