CAR sammit üzvlərinə diplomatik toxunulmazlıq verəcək- Lakin həbsdən qoruya bilməyəcək

Cənubi Afrika Xarici İşlər Nazirliyi iyun ayında nazirlərin görüşünün və avqust ayında ölkədə keçiriləcək BRİKS sammitinin bütün iştirakçılarına diplomatik toxunulmazlığa zəmanət verir.

Azpost.info xəbər verir ki, bu barədə CAR XİN məlumat yayıb.

Lakin görüşün və BRİKS sammitinin iştirakçılarına diplomatik toxunulmazlığın beynəlxalq məhkəmələrin orderlərinə şamil olunmadığı da bildirilib.

“İmmunitet və imtiyazların verilməsi məqsədilə 2023-cü il iyunun 1-dən 2-dək Cənubi Afrikanın Keyptaun şəhərində keçiriləcək BRİKS Nazirlər Toplantısını və 22-24 avqust 2023-cü il tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək 15-ci BRIKS sammitini təsdiq edirəm. Bu toxunulmazlıqlar hər hansı beynəlxalq məhkəmə tərəfindən konfransın hər hansı iştirakçısı ilə bağlı verilə biləcək heç bir orderi ləğv etmir”, – XİN qeyd edib.

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və İsrail prezidentlərinin təkbətək görüşü başlayıb

Sonrakı məqalə

Lənkəran sakininin evindən “Kalaşnikov” avtomatı və narkotik tapıldı