“Cavab sanksiyaları olacaq!”- İrandan Aİ və Britaniyaya ultimatum

Tehran Avropa İttifaqı və Böyük Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

O, Brüssel və Londonun İranın bir sıra fiziki və qurumlarına qarşı sanksiyalar tətbiq etməsini kəskin şəkildə pisləyib: “Avropa İttifaqı və Böyük Britaniyanın hərəkətləri onların İran həqiqətlərini dərk edə bilməmələrinin əlamətidir”.

Kənani sanksiyaların İran xalqının xarici müdaxilə və sui-qəsdlərə qarşı mübarizə əzminə təsir etməyəcəyini vurğulayıb: “İran tezliklə Avropa İttifaqı və Britaniyada insan haqlarını pozanlara və terrorizm təbliğatçılarına qarşı yeni sanksiyaların siyahısını açıqlayacaq”.

Dünən Britaniya İranın “Bəsic” qüvvələri və onun kooperativ fonduna qarşı sanksiyalar tətbiq edib. London “Bəsic” qüvvələrini etirazları vəhşicəsinə yatırmaqla İranda insan haqlarını, o cümlədən yaşamaq, toplaşmaq və ifadə azadlığını ciddi şəkildə pozmaqda ittiham edib.

Sanksiya siyahısına SEPAH komandanlığının üzvləri, İran Baş prokurorunun müavini Məhəmməd Cəfər Montazeri və İran ordusunun bir generalı da daxil edilib.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlama aparılır

Sonrakı məqalə

Bu gündən ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu başlayır