Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlama aparılır

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

Yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır.

Qurumun mətbuat xidməti APA-ya xəbəri təsdiqləyib.

Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.

Əvvəlki məqalə

Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb

Sonrakı məqalə

“Cavab sanksiyaları olacaq!”