“Cavabsız qalmayacaq!”– Rusiya XİN-dən Yaponiyaya ultimatum

“Moskva Yaponiyanın Rusiyaya qarşı növbəti sanksiyalarını cavabsız qoymayacaq”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Bunun artıq 20-ci məhdudiyyətlər paketi olduğunu nəzərə alaraq, Tokionun anti-Rusiya sanksiyaları məsələsində liderliyə can atdığını düşünürük. Biz bu cür addımların praktiki icrasına nəzarəti davam etdiririk və onların milli təhlükəsizlik və iqtisadiyyata mümkün təsirlərini qiymətləndiririk. İstənilən halda rəsmi Tokionun bu cür qeyri-qanuni hərəkətləri cavabsız qalmayacaq”, – Rusiya XİN qeyd edib.

Tokio son olaraq Rusiyadan 80 təşkilata ixrac qadağası qoyub. Ümumilikdə 437 Rusiya şirkəti Yaponiya sanksiyaları  altındadır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.