Cavuşoğlu NATO toplantısında Fransa və Yunanıstanı tənqid etdi-“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”

“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.

 NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.

Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub.

Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, –  deyə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyevin təşəbbüsü ilə BMT-nin COVID-19-la bağlı xüsusi sessiyası keçiriləcək –

Sonrakı məqalə

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib