“Çeçen döyüşçüləri Qərbin təriflədiyi “Leopard”ları məhv edir”- KADIROV

“Axmat” xüsusi təyinatlılarının əsgərləri xüsusi hərbi əməliyyat zonasında Orexovski istiqamətində Ukrayna hərbi texnikasını məhv etməyə davam edir.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, çeçen əsgərlərinin məhv etdiyi hərbi texnikaya Qərbin təriflədiyi “Leopard” tankları da daxildir.

Kadırov deyib ki, Ukrayna ordusu çeçen əsgərlərinin koordinasiyalı hərəkətləri sayəsində Zaporojye vilayətində Rusiya Silahlı Qüvvələrinin müdafiə xəttini keçə bilmir, əvəzində onlara xeyli ziyan dəyir.

Çeçenistan lideri “Axmat” döyüşçülərinə təşəkkür edib, onlara gələcək irəliləyişlərində uğurlar arzulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.