Çempionlar Liqasının dörddəbir finalı bu gün yekunlaşacaq

Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

“Atletiko Madrid” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcək.

Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Eyni saatda İspaniyanın digər təmsilçisi “Barselona” Fransanın PSJ kollektivinin qonağı olacaq.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, mərhələnin ötən gün keçirilən ilk iki oyunu bol qollu sülhlə yekunlaşıb. “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.