Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salınıb

Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, UEFA “Drita” (Kosovo) ilə “Linfild” (Şimali İrlandiya) arasındakı matçı başqa vaxta təyin edib.

Buna səbəb Kosovo klubunun futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır. Adı açıqlanmayan oyunçu virusa yoluxduğundan, tibbi protokola uyğun olaraq bütün komanda karantinə alınıb.

Buna qədər yarımfinalda “İnter”lə (Andorra) görüşdən əvvəl “Drita”nın bir oyunçusunda koronavirus testi pozitiv çıxdığından, həmin şəxs karantinə alınmışdı.

İsveçrənin Nyon şəhərində keçirilməli olan “Drita” – “Linfild” görüşünün hansı tarixdə oynanılacağına qitə futbol qurumu hələ qərar verməyib. Cütlüyün qalibi I təsnifat mərhələsində Varşava “Legiya”sı (Polşa) ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Lukaşenkoya müraciət etdi –

Sonrakı məqalə

Ceyhun Bayramov bir qrup türk siyasətçiyə Azərbaycanın orden və medalını təqdim edib