Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Cənubi Qafqaza viza tətbiq etmək maraqlarımıza ziddir” –

User 19 Fevral 2025 - 16:54 (Last updated: 21 May 2025 - 20:15)
Trampın Qafqaz

Trampın Qafqaz

Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə viza rejiminin tətbiqini dəstəkləmir, çünki bu, Moskvanın uzunmüddətli maraqlarına uyğun gəlmir.

AzPost xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF Dövlət Dumasında keçirilən parlament saatındakı çıxışı zamanı deyib.

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və digər keçmiş sovet respublikalarından olan əmək miqrantlarına münasibətin sərtləşdirilməsi ölkənin strateji maraqlarına töhfə verməyəcək.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələrindən, ilk növbədə Cənubi Qafqazdan və digər keçmiş respublikalardan olan əmək miqrantlarına münasibətimizi sərtləşdirməyimiz uzunmüddətli maraqlarımıza xidmət etməyəcək. Bəli, əlbəttə ki, asayişi qorumaq lazımdır, çoxlu qanun pozuntuları qeydə alınıb, lakin biz belə bir mövqedən çıxış edirik ki, onların davranışlarına nəzarəti gücləndirmək lazımdır, amma maneələr qoymaq, xüsusən də viza rejimi tətbiq etmək olmaz”, -deyə Lavrov bildirib.

Nazir, həmçinin Rusiyanın yaxın iki il ərzində yeddi yeni səfirlik açmaq və bununla da Afrika qitəsində diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindən danışıb. Lavrov Rusiyanın Niger və Syerra-Leonedəki səfirliklərinin yaxın vaxtlarda fəaliyyətini bərpa edəcəyinə aydınlıq gətirib. Bundan əlavə, Cənubi Sudanda ilk dəfə Rusiya səfirliyi açılacaq. Həmçinin Qambiya, Liberiya, Komorlar İttifaqı və Toqoda diplomatik nümayəndəliklərin yaradılması planlaşdırılır.

Post navigation

Previous: Dünya bazarında buğda bahalaşıb –
Next: Dünya bazarında çay və şəkər ucuzlaşıb –

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.