Cevdet Yılmaz və Hikmət Hacıyev Ankarada görüşüb

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, – deyə C. Yılmaz X sosial şəbəkə hesabında bildirib.

Əvvəlki məqalə

AQTA və TƏBİB Bakıda 4 yaşlı uşağın ölümü ilə bağlı birgə məlumat yayıb

Sonrakı məqalə

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub